Deputatlar prezidentdən maaşlarının azaldılmasını istədi

Deputatlar prezidentdən maaşlarının azaldılmasını istədi
  24 Fevral 2015    Oxunub:4520
Rusiya Dövlət Duması ölkə prezidenti Vladimir Putinə deputatların əmək haqlarının azaldılması barədə təklif göndərəcək.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.

Narışkin çıxışı zamanı eyni zamanda təklifdə parlament fraksiyasına ayrılan vəsaitlərin azaldılmasının göstərilmədiyini də vurğulayıb.

Spikerin sözlərinə görə, deputatların əmək haqlarının azaldılması barədə təşəbbüs 2015-ci Federal Büdcənin tənzimlənməsi ilə bağlı Duma Şurasının iclasında irəli sürüb.

“Mən Dövlət Dumasının dörd fraksiyasından deputatların əmək haqlarının azaldılması imkanını müzakirə etməyi istəmişəm. Əgər bütün fraksiyalar mənim təklifimə müsbət cavab versə, onda biz prezidentə müvafiq təklif ünvanlayacağıq”, – deyə Narişkin vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti