Kardaşyan bacıları qəzaya düşdü

Kardaşyan bacıları qəzaya düşdü
  24 Fevral 2015    Oxunub:3365
Erməni əsilli amerikalı fotomodel Kim Kardaşyan 1,5 yaşlı qızı və iki bacısı ilə birgə qəzaya düşüb.
Bu barədə AzVision.az “ABC News”-ə istinadən xəbər verir.

Qəza ABŞ-ın Montana ştatı ərazisində baş verib. Hadisə baş verən zaman avtomobili Xloe Kardaşyan idarə edib. Kardaşyanın idarə etdiyi avtomobil buz bağlamış yolda idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində heç kimə ziyan dəyməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti