Ərdoğan qızının cangüdənlərini dəyişdi

Ərdoğan qızının cangüdənlərini dəyişdi
  24 Fevral 2015    Oxunub:2074
Türkiyə prezidentinın qızı Süməyyə Ərdoğana qarşı sui-qəsd təhlükəsi ilə əlaqədar olaraq onun bütün cangüdənləri dəyişdirilib.
Bu barədə Azvision.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir.
Bundan əlavə prezident Rəcəb Tayyib Ərdoağnın digər ailə üzlərinin də cangüdənləri tamamilə dəyişdirilib.

Qeyd edək ki, bir necə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana qarşı sui-qəsd hazırlandığı aşkarlanıb.Sui-qəsd planı Əmrə Uslunun idarə etdiyi Tvitter hesabında Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Umut Oranın yazışmasından sonra ifşa olunub.

Təhlükəsizlik xidməti əməkdaşlarının aşkarladığı yazışmalar 2015-ci il yanvarın 31-ə təsadüf edir. Yazışmada 7 iyunda baş tutacaq parlament seçkiləri ərəfəsində Fətullah Gülənin əmri ilə sui-qəsdin reallaşdırılması planlaşdırılır.

Yazışmada qeyd olunur ki, bu məqsədlə ABŞ əsilli qatil kirayə tutulub, hətta o, artıq İstanbula gəlib.

Süməyyə Ərdoğana aid məlumatların isə onu qoruyan və `paralel dövlət`ə işləyən polislərin birindən alınacağı deyilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti