Deputatlar arasında dava düşdü - FOTO

Deputatlar arasında dava düşdü - FOTO
  24 Fevral 2015    Oxunub:2454
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında növbəti dəfə dava düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkilləri parlamentin baş katibliyinin işinin uzadılmasına etiraz edib və sədrin kürsüsünə yaxınlaşaraq masaya vurmağa başlayıblar.

Bundan sonra hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə MHP təmsilçiləri arasında qarşıdurma başlayıb və onlardan birinin üstünə su atılıb.

Qeyd edək ki, artıq bununla bir neçə dəfədir ki, Türkiyə parlamenti deputatların əlbəyaxa davası ilə gündəmə gəlir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti