Körpələr nəyə gülür? – ELMİ CAVAB

Körpələr nəyə gülür? – ELMİ CAVAB
  23 Fevral 2015    Oxunub:34368
Yəqin, hamı razılaşar ki, gülümsəyən, yaxud gülən körpələr son dərəcə gözəl, pozitiv mənzərədir! Amma maraqlıdır: körpələr nəyə gülürlər – axı onların şüuru hələ formalaşmayıb və yumor hissindən söhbət də gedə bilməz!

Londondakı Birkberk Universitetinin (London Birkbeck University) alimləri müəyyən ediblər ki, körpələrin 90%-i iki ayı tamam olana qədər gülməyə başlayırlar. Oğlan uşaqları gündə təxminən 50 dəfə, qızlar 37 dəfə gülür. Ancaq nəyə?

- Gülüş – təkcə emosional yox, həm də sosial hadisədir. Yəni gülüşlə insan ətrafdakılara müəyyən siqnallar ötürür,- deyə araşdırma qrupunun rəhbəri, professor Kaspar Eddimən (Caspar Addyman) bildirib.

Onun sözlərinə görə, gülüş – körpə üçün ətrafa siqnal ötürmənin bir yoludur. Belə ki, körpənin problemi olanda (aclıq, ağrı, qorxu...) o, bunu ağlamaqla, hər şeyin yaxşı olduğunu isə gülməklə xəbər verir.

- Yəni körpə gülümsəməklə valideynlərinə siqnal ötürür ki, hər şey indiki kimi davam etsin, bu cür olanda yaxşıdır,- deyə Eddimən vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti