“Krımı mütləq geri qaytaracağıq” – Poroşenko söz verdi
“Ukrayna hökuməti müvəqqəti olaraq işğal altında olan ərazilər üzərində nəzarəti geri qaytaracaq. Mən bu gün bu prosesin sürətli və tez baş verəcəyini bildirmirəm. Lakin bu mütləq baş verəcək. Biz birlikdə, dil, din və etnik mənşəyindən asılı olmayaraq yarımadanın bütün sakinləri ilə birgə Krımı yenidən quracağıq”, -deyə Poroşenko bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az