Prezident: “Biz kəfənimizi çoxdan geyinmişik”

Prezident: “Biz kəfənimizi çoxdan geyinmişik”
  21 Fevral 2015    Oxunub:3711
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı Süməyyə Ərdoğana qarşı sui-qəsd hazırlanması haqda sensasion iddialara münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Malatya şəhərinə səfəri zamanı çıxışında sui-qəsd planında adı hallanan “paralel dövlət”i sərt tənqid edib:

“Dini qurum belə işlər görər? Bunlar əxlaqa, vicdana sığmayan işlər görürlər. Türkiyəni dünyaya şikayət etmək üçün pul yığırlar. Hətta PKK da bunu etmir. Bildiyiniz kimi, ötən gün qəzetlərdə ailəmi təhdid edən xəbərlər yayıldı, qızıma hazırlanan sui-qəsd planı barədə məlumatlar dərc edildi.
Açıq-aydın kim olduğunu göstər. Biz bu yola kəfənizimi geyinib çıxmışıq”.

Ərdoğan onu da vurğulayıb ki, xaricdə yeni türk məktəbləri açılacaq, baş verənlər heç bir şagirdə mənfi təsir etməyəcək: “Milli Təhsil Nazirliyinin yaradacağı dərnəklə birlikdə xaricdə məktəblər açmaq üçün səylərimizi davam etdiririk. Hökumət işləyir. İnşallah bu xəstə ruhlu sistemdən xilas olacağıq. Çünki bu, millət və dövlət məsələsidir. Buna görə də sizdən dəstək gözləyirik”.

Qeyd edək ki, Türkiyə mətbuatının ötən gün yaydığı məlumata görə, ABŞ-ın pensilvaniya ştatında yaşayan dini lider Fətullah gülənin əmri ilə prezident Rəcəb Tayyib ərdoğanın qızı Süməyyə Ərdoğana qarşı sui-qəsd planı hazırlanırmış.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti