Deputatlar Sarkisyanı istefaya göndərir

Deputatlar Sarkisyanı istefaya göndərir
  20 Fevral 2015    Oxunub:2820
“Erməni Milli Konqressi” fraksiyasından olan deputat Nikol Paşinyan parlamentin dövlət-hüququ məsələləri üzrə Komissiyasına “Ermənistan Respublikasının prezidenti vəzifəsini tutan Serj Sarkisyanın impiçmenti” haqqında qanun layihəsini təqdim edib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, artıq 2014-cü ilin dekabr ayında Paşinyanı 3 deputat dəstəkləyib.

Deputat qanun layihəsinə yeni maddələr daxil edib. “İrs” partiyasından olan deputat Zarui Postancyan isə qanun layihəsinə Madrid prinsiplərindən imtina edilməsi, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair qərarın ləğv edilməsi, həmçinin 2008-2013-cü illərdə keçirilən prezident seçkilərinin saxtalaşdırılmasını göstərən maddələrin daxil edilməsini də istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti