Deputatlar arasında daha bir dava - Yaralı var (FOTOLAR)

Deputatlar arasında daha bir dava - Yaralı var (FOTOLAR)
  20 Fevral 2015    Oxunub:2894
Türkiyə Böyük Millət Məclisində (TBMM) bu həftə ərzində ikinci dəfə dava düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə Cmühuriyyət Xalq Partiyası (CHP) üzvləri arasında yaranan fikir ayrılığı dava ilə nəticələnib.

Belə ki, qarşıdurma daxili təhlükəsizlik paketinin müzakirəsi zamanı baş verib. CHP-li vəkil Sezgin Tanrıkulu ancaq AKP-lilərin yox, onların da söz haqqı olduğunu deyərək kürsüyə çıxıb danışmaq istəyib, nəticədə hər iki partiyanın vəkilləri kürsünün ətrafında toplaşıb. Bu zaman başlayan dava əsnasında hakim partiyadan olan parlamentari Suat Önal CHP-li həmkarı Orhan Düzgünü stenoqrafların olduğu hissəyə itələyib və millət vəkili 15 pilləli, təxminən 2 metr hündürlüyündə pilləkənlərdən yıxılıb, xəsarət alıb.

O.Düzgün tibbi yardım üçün zaldan çıxarılandan sonra müzakirələr davam edib.

Qeyd edək ki, bir neçə gün əvvəl də TBMM-də adı çəkilən məsələnin müzakirəsi zamanı dava başlamışdı və nəticədə 4 millət vəkili yaralanmışdı. Onlardan birinə qabırğa çatlağı diaqnozu qoyulmuşdu.
















Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti