Rusiya hər il 180 milyard dollar itirəcək

Rusiya hər il 180 milyard dollar itirəcək
  20 Fevral 2015    Oxunub:2547
Neftin bir barelə görə qiymətinin 100 dollardan 50 dollara düşməsi nəticəsində Rusiya büdcəsi hər il 180 milyard dollar vəsait itirəcək.

AzVision.az-ın “İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında Rusiya Maliyyə nazirliyinin departamentinin direktoru Maksim Oreşkin bildirib.

Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafı proqnozuna dəyişikliklər edib. Bu proqnozlarda bir barel neftin dəyəri 50 dollar olaraq göstərilib. Nazirliyin proqnozlarına görə, rusların real gəlirləri 9 faiz azalacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti