İrəvanda kütləvi etirazlar başladı

İrəvanda kütləvi etirazlar başladı
  20 Fevral 2015    Oxunub:2111
Ermənistan paytaxtı Yerevanda yenidən etiraz dalğası başlayıb.

Bu barədə AzVision.az Erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçirlər. Onlar da maaşlarının ödənilməsini tələb edirlər. Bir neçə gün əvvəl hökumət işçilərə maaşlarının ödəniləcəyinə söz versə də, bu vədini yerinə yetirməyib.

Qeyd edək ki, işçilər artıq 18 aydır ki, maaş ala bilmirlər. Zavod rəhbərliyinin onlara 15 milyon dollar borcu var. İşçilər pullarını almaq üçün dəfələrlə hökumətin binasının və prezidentin rezidensiyasının önündə aksiya keçiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti