Qatarlar toqquşdu: Xeyli sayda yaralı var

Qatarlar toqquşdu: Xeyli sayda yaralı var
  20 Fevral 2015    Oxunub:2324
İsveçrədə iki sərnişin qatarı toqquşub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisə nəticəsində 49 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan ölənlərin olacağı istisna edilmir.

Qəza yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub. Faktla bağlı araşdırmalar başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti