Gülən Ərdoğanın qızını öldürtmək istəyib

Gülən Ərdoğanın qızını öldürtmək istəyib
  20 Fevral 2015    Oxunub:2115
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana qarşı sui-qəsd hazırlandığı aşkarlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsd planı Əmrə Uslunun idarə etdiyi Tvitter hesabında Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Umut Oranın yazışmasından sonra ifşa olunub.

Təhlükəsizlik xidməti əməkdaşlarının aşkarladığı yazışmalar 2015-ci il yanvarın 31-ə təsadüf edir. Yazışmada 7 iyunda baş tutacaq parlament seçkiləri ərəfəsində Fətullah Gülənin əmri ilə sui-qəsdin reallaşdırılması planlaşdırılır.

Yazışmada qeyd olunur ki, bu məqsədlə ABŞ əsilli qatil kirayə tutulub, hətta o, artıq İstanbula gəlib.

Süməyyə Ərdoğana aid məlumatların isə onu qoruyan və `paralel dövlət`ə işləyən polislərin birindən alınacağı deyilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti