Cen Psaki vəzifəsindən gedir

Cen Psaki vəzifəsindən gedir
  20 Fevral 2015    Oxunub:1745
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi postunu tərk edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, C.Psakinin vəzifədən getməsinə səbəb onun hamilə olmasıdır. Bildirilir ki, Psakinin övladı iyul ayında dünyaya gəlməlidir.

Psaki Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsində 2013-cü ilin fevral ayında işləyir. O, buna qədər - 2009-2011-ci illərdə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi olub. Barak Obamanın birinci prezidentliyə namizədliyi zamanı onun yanında hərəkət edən mətbuat katibi, sonradan isə Ağ evin mətbuat katibinin müavini işləyib.


Teqlər:  





Xəbər lenti