Rusiya XİN-indən Qarabağla bağlı kritik bəyanat

Rusiya XİN-indən Qarabağla bağlı kritik bəyanat
  19 Fevral 2015    Oxunub:2748
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxınlaşdırmır.
AzVision.az-ın “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə çıxış edərkən bildirib.

“Təmas xəttində baş verənlər narahatlıq doğurur və ATƏT-ə üzv ölkələrin cəhd etdiyi münaqişənin nizamlanması prosesini yaxınlaşdırmır”, -deyə Lukaşeviç bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan konfliktinin nizamlanması prosesində aktiv şəkildə vasitəçilik edir: “Bu yalnız həmsədrlər səviyyəsində deyil, həmçinin ikitərəfli formatda edilir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti