Dəniz Baykal siyasətə qayıdır

Dəniz Baykal siyasətə qayıdır
  19 Fevral 2015    Oxunub:1899
Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il 9-cu dəfə parlament seçkilərinə qatılacaq.
AzVision.az Türkiyə mətubatına istinadən xəbər verir ki, 76 yaşlı siyasətçi CHP-nin namizədi kimi seçkiyə qatılmaq üçün bu gün rəsmi müraciət edib.

Antalya şəhərindən millət vəkili seçilmək istəyən Dəniz Baykal əvvəlcə bu şəhərdə keçiriləcək önseçimdə iştirak edəcək və daha sonra onun partiyanın namizədi kimi təqdim olunub-olunmamayacağı müəyyənləşəcək.

Bu il iyunun 7-də baş tutacaq parlament seçkilərinə CHP-dən qatılmaq istəyənlər fevralın 24-ə qədər müraciət edə biləcəklər.

Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.

Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti