Ukraynada qanlı gecə: 40 ölü, 50 yaralı

Ukraynada qanlı gecə: 40 ölü, 50 yaralı
  19 Fevral 2015    Oxunub:3057
Donetsk və Luqansk regionlarında baş verən döyüşlər nəticəsində ötən gün 40 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbərinin müavini Eduard Basurin bildirib.

“Gün ərzində 40 Ukrayna əsgəri öldürülüb, 50 hərbçi yaralanıb, 5 zirehli texnika, 1 tank məhv edilib” – deyə Basurin bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya meyilli separatçıların hücumuna məruz qalan Ukrayna əsgərlərini ziyarət etdib.

Poroşenko əsgərlərə cəsarət və göstərdikləri qəhrəmanlıqlardan dolayı minnətdarlığını bildirib:

"Belə bir silahlı qüvvələrin baş komandanı olmanın xoşbəxtliyini və qürurunu yaşayıram. Bizlər öz toprağımızı qoruyuruq. Sizin hər birinizə cəsarət və qəhramanlığınza görə minnətdaram”.

Minsk sülh razılaşması və Debaltsevedəki son vəziyyəti qiymətləndirən Poroşenko, dünyanın bir daha Putinin üzərinə götürdüyü öhdəlikləri yerinə gətirmədiyinə şahid olduğunu deyib. Poroşenko eyni zamanda, Mukaçev dağ-piyada briqada Komandiri Sergey Şaptalayı “Ukrayna Qəhrəmanı”nişanı ilə təltif edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti