Həmsədrlər qondarma “nazir”lə görüşdü

Həmsədrlər qondarma “nazir”lə görüşdü
  19 Fevral 2015    Oxunub:1621
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Movses Akopyanla görüşüb.
Bu barədə Azvision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik iştirak edib.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, həmçinin son zamanlar cəbhədə müşahidə olunan gərginliyi müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti