İŞİD-ə ağır zərbə: 150 nəfər öldürüldü

İŞİD-ə ağır zərbə: 150 nəfər öldürüldü
  19 Fevral 2015    Oxunub:2681
Misir ordusu xüsusi təyinatlı dəstəsi Liviya ərazisində bu ölkənin hərbçiləri ilə birgə İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı yerüstü əməliyyat keçirib.
AzVision.az-ın RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində 150 terrorçunu məhv edib.

Öldürülən terrorçularla yanaşı onlarla yaraqlının əsir götürüldüyü bildirilir. Əməliyyat terror qruplaşmasının Dern şəhərində yerləşən təlim bazasında keçirilib. Hücum nəticəsində iki misirli ölüb.

Xatırladaq ki, İŞİD ekstremistləri ötən həftə hələ keçən ilin dekabr ayında tutduqları 21 misirli xristianı Liviyada edam etdiklərini bildiriblər. Bundan sonra Misir Hərbi Hava Qüvvələri İŞİD-in Liviyadakı mövqelərinə aviazərbələr endirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti