Ərdoğandan Azərbaycanla bağlı qərar

Ərdoğandan Azərbaycanla bağlı qərar
  19 Fevral 2015    Oxunub:2857
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan sənədi ratifikasiya edib.
Məlumata əsasən, Ərdoğan "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu ratifikasiya edib.

Qeyd edək ki, sözügedən sənəd bu il yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanıb.


Teqlər:  





Xəbər lenti