Obama: “ABŞ İslamla vuruşmur”
Vaşinqtonda ekstremizmlə mübarizə ilə bağlı keçirilən sammitdə “Əl-Qaidə” və İŞİD barədə danışan Obama bildirib: “Onlar dini liderlər yox, terrorçudurlar”.
Obama həmçinin İslamın bütövlükdə zorakılığa səsləyən din fikrini də rədd edib: “Heç bir din terrorizmə görə məsuliyyət daşımır. Zorakılıq və terrorizmə görə məsuliyyəti insanlar daşıyır”.
O, həmçinin Islam dini liderlərini inanclı şəxslər sirasında ekstremizmlə mübarizədə səylərini artırmağa çağırıb.
Eldar Tanrıverdiyev
AzVision.az