`Dünya bir daha Putini tanıdı` - Poroşenko

`Dünya bir daha Putini tanıdı` - Poroşenko
  19 Fevral 2015    Oxunub:3111
Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya meyilli separatçıların hücumuna məruz qalan Ukrayna əsgərlərini ziyarət etdib.
Poroşenko əsgərlərə cəsarət və göstərdikləri qəhrəmanlıqlardan dolayı minnətdarlığını bildirib:

"Belə bir silahlı qüvvələrin baş komandanı olmanın xoşbəxtliyini və qürurunu yaşayıram. Bizlər öz toprağımızı qoruyuruq. Sizin hər birinizə cəsarət və qəhramanlığınza görə minnətdaram”.

Minsk sülh razılaşması və Debaltsevedəki son vəziyyəti qiymətləndirən Poroşenko, dünyanın bir daha Putinin üzərinə götürdüyü öhdəlikləri yerinə gətirmədiyinə şahid olduğunu deyib. Poroşenko eyni zamanda, Mukaçev dağ-piyada briqada Komandiri Sergey Şaptalayı “Ukrayna Qəhrəmanı”nişanı ilə təltif edib.


Teqlər:





Xəbər lenti