ŞOK: Məkkədə 16 qumarbaz həbs edildi

ŞOK: Məkkədə 16 qumarbaz həbs edildi
  18 Fevral 2015    Oxunub:2825
Səudiyyə Ərəbistanında qumar oyunlarda iştirak etməkdə şübhəli bilinən 16 Banqladeş vətəndaşı həbs edilib.
Bu barədə AzVision.az “The Gulf News”-a istinadən xəbər verir.

Məkkə sakinləri cümə axşamı və bazar günləri evlərdən birində miqrantların yığışdığını bildirir. Çağırışa gələn polislər orada xarici vətəndaşlardan ibarət bir qrup şəxsi yaxalayıb. Onlarda oyun kartları və 16 min real məbləğində vəsait müsadirə edilib. Həbs edilən şəxslərə hanı cəza veriləcəyi açıqlanmır.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Səudiyyə Ərəbistanında Ramazan ayında qumar oynayan 18 Banqladeş vətəndaşı saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti