Xamneyi Avropanı sanksiyalarla hədələdi

Xamneyi Avropanı sanksiyalarla hədələdi
  18 Fevral 2015    Oxunub:2142
Əgər İran nüvə proqramı üzrə Qərbin şərtlərini qəbul etsə bilə, Qərb ona qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmayacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İranın dini lideri Əli Xamneyi Şərqi Azərbaycan vilayətinin ictimai nümayəndələri ilə görüş zamanı bildirib.

“Qərb İslam inqilabı prinsiplərinə qarşıdır. Mən əminəm ki, İran şərtləri qəbul etsə də, sanksiyalar qüvvədə saxlanılacaq”, - deyə Xamneyi vurğulayıb.

Onun sözlərinə görə, İran sanksiyalar qalib gəlməyə və düşmənlərin planlarını iflasa uğratmağa hazırdır: “Əks halda düşmən bizim nüvə proqramımıza sanksiyalar qoymağı davam etdirəcək. Onlar İranın inkişafını saxlamaq üçün sanksiyalardan istifadə edir”.

Xamneyinin sözlərinə görə, İran dünyada ən böyük nefti və qaz yataqlarına malikdir və Avropanın bu sərvətlərə ehtiyacı var. Ehtiyac olacağı təqdirdə İslam Respublikası özü Qərbə sanksiyalar tətbiq edə bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti