Buş Obamanı qətiyyətsizlikdə suçladı

Buş Obamanı qətiyyətsizlikdə suçladı
  18 Fevral 2015    Oxunub:1744
ABŞ-ın Florida ştatının sabiq qubernatoru Ceb Buş ABŞ prezidenti Barak Obamanı ardıcıl addımlar atmayan və qətiyyətsiz xarici siyasət yürütməkdə ittiham edir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“İroniya bundan ibarətdir ki, Obama ABŞ-ın dünyadakı proseslərdə lider olacağına söz verərək prezident seçilib” – deyə Buş bildirib.

Buşun sözlərinə görə, ABŞ yenə dünyada lider mövqeyə qayıtmalıdır: “Mənim hədəfim ABŞ-ın özünə necə aparıcı yolu qaytarmağı araşdırmaqdır. Çünki hazırda bu olduqca vacibdir”.

62 yaşlı Ceb Buş – ABŞ-ın 43-cü prezidenti Corc Buşun qardaşı və 41-ci prezident ata Corc Buşun oğludur. 2014-cü ildə siyasətçi 2016-cı il prezident seçkilərində iştirak etməyə hazır olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti