Saakaşvili: “Məni öldürmək istəyirdilər”

Saakaşvili: “Məni öldürmək istəyirdilər”
  18 Fevral 2015    Oxunub:3526
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Rustavi -2” teleşirkətinə müsahibəsində 2003-cü ildə Samerqelo (Qərbi Gürcüstan) rayonunda ona qarşı sui-qəsdin edildiyini açıqlayıb.

“2003-cü ildə “Qızılgül inqilabı” öncəsi onlar mənim təhlükəli olduğumu bildikdə tanrı məni xilas etdi. Adlarını bildiyim Tbilisidə olan hökumət quldurları məni partlatmaq üçün partizanlar göndərmişdi” – deyə Saakaşvili bildirib.

Gürcüstanın sabiq prezidentinin sözlərinə görə, o, Zuqdididə öz tərəfdarlarının mitinqinə getdiyi vaxt son anda onun marşrutu dəyişdirilib.

“Onlar bizim başqa marşrutlar hərəkət etdiyimiz görəndə çaşdılar. Daha sonra biz Senaki yaxınlığında aşan “Niva” markalı avtomobili gördük. Orada qumbaraatanlar və ölən insanlar var idi. Lakin biz məsələnin nə yerdə olduğunu bilmədik. Daha sonra aydın oldu ki, onlar məni öldürməyə gəliblər”, -deyə Saakaşvili vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti