“Əliyev Sarkisyanla görüşmək istəyir” - Uorlik

“Əliyev Sarkisyanla görüşmək istəyir” - Uorlik
  18 Fevral 2015    Oxunub:2084
“Prezidentlərdən başqa heç kim yox idi və mən çox əhəmiyyətli olduğunu düşünürəm. Bəzən danışıq otağında xeyli insan olanda tərəflərin bir-birinə qarşı dürüst olması olduqca çətin olur. Lakin biz onların Vyanada bir-birinə qarşı çox dürüst olduğunu bilirik”.
AzVision.az xəbər verir ki, bu fikirləri ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik erməni KİV-nə müsahibəsində bildirib.

Uorlikin fikrincə, Vyana görüşün əsas nəticəsi o oldu ki, həmsədrlər prezidentləri sonrakı danışıqlar üçün masaya qaytara biliblər.

“Məlum olduğu kimi sonra Rusiya prezidenti Vladimir Putin Soçidə prezidentlərlə görüşdü, daha sonra ABŞ dövlət katibi Con Kerri NATO-unun Uelsdəki sammiti çərçivəsində görüş keçirdi və oktyabrda prezident Olland Parisdə Ermənistan və Azərbaycan liderləri ilə görüşdü. Hesab edirəm ki, onların bir-biri ilə danışması yaxşı xəbərdir. Onlar görüşdükləri zamanı münaqişənin həlli istiqamətində növbəti yolların axtarışı üçün səmərəli, yaxşı danışıqlar aparırlar. Heç də hər şey həll edilmir, lakin biz bu görüşlərdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anladığını görürük; əgər onlar razılığa belə gəlməsələr də, məsələlərin həll edilməsi üçün yaxşı atmosfer formalaşır”.

Amerikalı həmsədr qeyd edib ki, Paris görüşündə liderlər dialoqu davam etdirməyə dair razılığa gəliblər.

“Əslində onlar dialoqu intensivləşdirəcəklərini bildirdilər, lakin vəziyyət dəyişdi. Təmas xəttində gərginlik artdı, tərəflər arasında itkilər artdı, helikopterlə bağlı faciə baş verdi. Bütün bunlar prezidentlərin növbəti görüşünün baş tutmasını çətinləşdirdi. Ona görə də bizim hədəflərimizdən biri onların danışıqlar masasına qaytarmaqdır.

Mən prezidentlərin də görüşmək istədiyini bilirəm. Biz ötən gün (fevralın 16-ı) prezident Əliyevlə görüşdük və o, prezident Sarkisyanla görüşmək istəyir və bu imkanını alqışlayır. Mən erməni prezidentinin eyni şeyi deyəcəyini gözləyir və ümid edirəm.

Lakin prezidentlərin görüşü nə qədər yaxşı keçsə də bu kifayət etmir. Siz 20 ildən çox davam edən bu mürəkkəb münaqişənin hətta ideal şəkildə keçsə belə iki prezidentin müntəzəm görüşləri hesabına həll olunacağını gözləyə bilməzsiniz”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti