Ceyms Uorlik: `Cəbhədə itkilər ötən ildən çox olacaq`

Ceyms Uorlik: `Cəbhədə itkilər ötən ildən çox olacaq`
  18 Fevral 2015    Oxunub:2193
Azərbaycan-Ermənistan təmas xəttində tərəflər arasında itkilər bu il 2014-cü illə müqayisədə çox olacaq.

AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik erməni KİV-nə müsahibəsində bildirib.

`Biz təmas xətti və Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının artmasından çox narahatıq. Biz ötən il tərəflərin rəsmi olaraq 60 itki verdiyinin şahidi olmuşuq. Bu ilin yalnız yanvar ayında isə artıq tərəflər 12 itki verib. Əgər bu dinamika saxlanılsa, tərəflərin itkilərinin sayı ötən ilki göstəricini keçə bilər. Bu çox ciddi faktdır. Biz zorakılıq hallarının artmasından çox narahatıq. Çünki bu sülh prosesinə, sülh planı üzrə danışıqlar aparılması imkanına mane olur. Bununla əlaqədar olaraq həmsədrlərin regiona gətirdiyi ən önəmli mesajlardan biri tərəflərin gərginliyin azaltmasıdır. Bu bizim sülh danışıqları istiqamətində apardığımız işlərin əsasında dayanır`-deyə Uorlik bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti