Qar İstanbulu iflic etdi – bir gündə 841 qəza

Qar İstanbulu iflic etdi – bir gündə 841 qəza
  18 Fevral 2015    Oxunub:1903
Türkiyədə yağan güclü qar İstanbulda həyatı iflic edib. Məktəblər tətilə buraxılıb, yüzlərlə qəza baş verib. Rəsmi məlumata görə, qar İstanbulda 841 yol qəzasının baş verməsinə səbəb olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin bəzi hissələrində qarın hündürlüyü 60 sm-ə çatıb. Atatürk Hava limanında isə təyyarələrdən biri yerə endikdən sonra torpağa ilişib qalıb.

İstanbulun bəzi bölgələrində isə məktəblər bağlanıb. Fatih Sultan Mehmet körpüsündə isə yolların buz bağlanması nəticəsində 12 avtomobilin daxil olduğu zəncirvari qəza baş verib. Qəza hadisəsi bir neçə nəfərin yaralanmasına səbəb olub. Qəzaya görə yol bir neçə bağlanıb və tıxac yaranıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti