Azərbaycanlı milyarderə qarşı cinayət işi açıldı

Azərbaycanlı milyarderə qarşı cinayət işi açıldı
  18 Fevral 2015    Oxunub:2296
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Azərbaycanlı milyader Vahid Ələkbərova məxsus “Lukoyl” şirkətinə qarşı cinayət işi açıb.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya şirkəti Ukraynaya məxsus “Oriana” neft-kimya şirkətini aşağı dəyərlə almaqla ittiham olunur.

UTX-in məlumatına görə, 2000-ci ildə “Oriana” neft-kimya kompleksinin ziyanla işləməsinə, həmçinin istehsal üçün xammala malik olmamasına baxmayaraq dövlət müəssisəninin fəaliyyətinin yaxşılaşdırılması üçün özəl investor cəlb etməyə qərar verir. Bu məqsədlə “Lukoyl-Neftxim”lə birgə “Oriana” müəssisəinin bazasında “Lukor” QSC yaradılıb.

UTX vurğulayır ki, Rusiya şirkəti biznesdə iştirak etmək üçün öz qiymətli kağızları ilə 100 milyon dollar dəyərində vəsait ödəyib. UTX-nın yaydığı məlumatda isə Rusiya şirkətinin qiymətli kağızlarının real dəyəri 27 milyon olub. Bununla əlaqədar olaraq Ukrayna hökumətinə böyük həcmdə ziyan vurulub.

Bundan əlavə, UTX vurğulayır ki, Vahid Ələkbərovun şirkəti “Oriana” müəssisəsinin modernləşmə üçün götürüdyüy 170 milyon avro krediti də ödəməyib: “Öhdəlik yerinə yetirilməyib, Avropa banklarından birindən götürülən kredit isə tamamilə dövlət büdcəsindən ödənilib”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti