Putinin səfəri macarları ayağa qaldırdı

Putinin səfəri macarları ayağa qaldırdı
  18 Fevral 2015    Oxunub:2997
Macarıstan paytaxtı Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə Baş nazir Viktor Orban arasında keçiriləcək danışıqlardan öncə 2000-ə yaxın adam yürüş keçirib.
AzVision.az BBC-yə istinadən bildirir ki, Putinin çərşənbə axşamı etdiyi səfər, 2014-cü ilin iyun ayından bəri onun Avropa liderinə ilk səfəridir.

Macarıstan Rusiya ilə qaz sazişi barədə yeni razılığa gəlmək istəyir.

Aİ üzv dövlətləri şərqi Ukraynadakı münaqişəyə görə Rusiyanı kənarlaşdırıblar, baxmayaraq ki, Rusiya zorakılıqları qızışdırdığı barədə ittihamları rədd edir.

Bazar ertəsi gecə saatlarında Budapeştdəki etirazçılar "Putin Nyet, Europa Igen!" ("Putin Yox, Avropa Hə") plakatları ilə küçələrə çıxmışdı.

Macarıstan Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib, lakin onların mənfi təsiri barədə fikirlərini də gizlətməyib.

Ötən il cənab Orban demişdi ki, Aİ Moskva ilə ticarəti məhdudlaşdıraraq "özünə güllə atıb".

Macarıstan qaz təchizatının əksəriyyəti üçün Rusiyadan asılıdır və vaxtı bu il bitəcək sazişin yeni versiyası barədə razılığa gəlmək istəyir.

Güclü anti-kommunist və anti-Rusiya mövqeyinə görə tanınan cənab Orban cümə günü Macarıstan radiosuna demişdi ki, Rusiya ilə psixoloji gərginliklər olsa da o, onların öhdəsindən gəlmək istəyir.

Viktor Orban cənab Putinin Avropadakı ən yaxın müttəfiqi kimi tanınır.


Teqlər:  





Xəbər lenti