Sarkisyan həmsədrlərlə görüşdü

Sarkisyan həmsədrlərlə görüşdü
  18 Fevral 2015    Oxunub:1724
Ermənistan prezidenti Serj Sarkisyan regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişiki qəbul edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, vasitəçilər Bakıda keçirdikləri görüşlər barədə təəssüratlarını bölüşüblər, danışıqların hazırkı mərhələsində mövcud olan problemlər və gələcək addımlarla bağlı məsələləri müzakirə ediblər.


Teqlər:  





Xəbər lenti