Arvadını başqası ilə tutan kişi: “Öldürmək istəmirdim”

Arvadını başqası ilə tutan kişi: “Öldürmək istəmirdim”
  18 Fevral 2015    Oxunub:3578
Keçmiş arvadını moteldə 9 bıçaq zərbəsi ilə öldürən kişi danışdı.
Keçmiş həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı. Zöhrab İsmayılovun xoşbəxtçilikdən faciyəyə aparan ailə həyatı tam 11 ay davam edib. Həyat yoldaşı 26 yaşlı Vəfa Abdullayeva ilə nikahdan iki övladı olan Zöhrab ötən il rəsmi qaydada həyat yoldaşından boşanıb. Lakin ayrılan cütlük eyni evi paylaşıblar.

Zöhrabın deməsinə görə, yoldaşı ilə boşanmasına səbəb onun, yəni Vəfanın gizli-gizli kimlərləsə görüşməsi olub. Hadisə günü isə, hava almaq üçün yaşadığı Biləcəri qəsəbəsindəki parka gedib. Elə bu vaxt gözü keçmiş həyat yoldaşı Vəfaya sataşıb. Özü də başqa bir avtomobildə.

Zöhrab yoldaşını başqa bir şəxsi VAZ 2107 maşında görüb, arxasınca getdiyini deyir.

Bundan sonra Zöhrab onların həmin moteldən qaçmasının qarşısını almaq üçün keçmiş həyat yoldaşını gəldiyi avtomobilin təkərlərini partladıb. Daha sonra onların keçdiyi otağı axtaran İsmayılov istədiyinə nail olur. Amma deməsinə görə, məqsədi nə keçmiş həyat yoldaşı, nə dəki onun birlikdə gələn şəxsi öldürmək olmayıb.

Zöhrab otağa girəndə keçmiş həyat yoldaşını uzanmış gördüyünü və bundan sonra onu vurduğunu deyir.

Hadisədən sonra ərazini tərk edən Zöhrabı isə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Qısa zaman ərzində saxlanılan Zöhrab İsmayılov rayon prokurorluğuna təhvil verilib. Əməlindən peşiman olduğunu deyən saxlanılan şəxs, iki övladını qohumlarına həvalə etdiyini dedi.




Teqlər:





Xəbər lenti