Ərdoğanın 100 min işıq pulu borcu var

Ərdoğanın 100 min işıq pulu borcu var
  17 Fevral 2015    Oxunub:2393
Türkiyənin prezident iqamətgahının dövlətə xeyli miqdarda işıq pulu borcu var.
Hətta ödənişlər gecikdirildiyindən prezident iqamətgahı 100 min türk lirəsi cərimələnib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasından olan (CHP) millət vəkili Əli Dəmirçalı parlamentin iclasında bildirib.

İqamətgahın borc kağızını əldə etdiklərini deyən millət vəkili ümumi elektrik enerjisi sərfiyyatının bir aylıq 1 milyard türk lirəsi olduğunu deyib:

“Hər ötən gün maddi xərci artan sarayın işığını kəsə biləcək cəsur məmur axtarıram ki, vətəndaşları bu bəladan qurtarsın. 18.12.2014 və 21.01.2015-ci il tarixləri arasında elektrik enerjisi borcu 1 milyard 140 min 567 türk lirəidir. Bu müddət ərzində 89 min 262,053 kilovatt elektik enerjisindən istifadə olunub. Qəbzdə son ödəmə tarixinin 18.02.2015 olduğu göstərilsə də əvvəlki aydan 106 min 770 türk lirəsi borcun qaldığı qeyd olunub və xəbərdarlıq edilib ki, borc ödənilmədiyi təqdirdə elektrik enerjisi kəsiləcək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti