Uorlikin Qarabağ cavabı: `Yeni heç nə yoxdur`

 Uorlikin Qarabağ cavabı: `Yeni heç nə yoxdur`
  17 Fevral 2015    Oxunub:1250
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında daha bir danışıq aparmaq üçün imkanı olacaq."
AzVision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyində jurnalistlərlə söhbətində ATƏT-inin Minsk qrupunun amerika həmsədri Ceyms Uorlik bildirib.

Diplomat deyib ki, hazırda bununla əlaqədar hər hansı şərh vermək imkanım yoxdur.

O, "Münaqişənin həlli ilə bağlı həmsədrlərin tərəflərə hansısa yeni təklifləri varmı" sualın belə cavab verib: "Danışıqlar üçün daha bir imkan olacaq, amma bu gün yeni heç nə yoxdur."

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir gün əvvəl Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Mamedyarovla görüşüblər. Səfər çərçivəsində vasitəçilər Xankəndinə də baş çəkəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti