Azərbaycanlı meri öldürənlərin məhkəməsi başlayır

Azərbaycanlı meri öldürənlərin məhkəməsi başlayır
  17 Fevral 2015    Oxunub:2199
Ukrayna Poltava vilayəti Prokurorluğunun İstintaq İdarəsi Kremçuk şəhərinin Azərbaycan əsilli meri Oleq Babayevin öldürülməsi işi üzrə məhkəmədən əvvəl aparılan araşdırmalar yekunlaşıb.
Bu barədə azVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Prokurorluqdan vurğulanır ki, qətllə bağlı ittiham edilən 4 şəxs var: Sifariş verən şəxs, təşkilatçı və iki icraçı var. Həmin şəxslərin hamısının həbsdə olduğu bildirilir.

Oleq Babayevin öldürülməsi işi üzrə məhkəmənin yaxın vaxtlarda baş tutacağı bildirilir.

Ukrayna daxili işlər naziri Vitaliy Sakalın sözlərinə görə, aparılan axtarış işləri nəticəsində dörd nəfər həbs edilib. Onlardan ən gəncinin 22 yaşı var. Hazırda istintaq işləri davam etdirilir.

Oleq Babayev əslən azərbaycanlıdır. Belə ki, onun atası Şəmkir rayonunda anadan olub.

Qeyd edək ki, Oleq Babayev ötən ilin iyul ayının 26-da səhər saatlarında yaşadığı binanın qarşsında güllələnib. Ona üç dəfə atəş açılıb. O, 1965-ci il oktyabrın 21 Kursk şəhərində anadan olub. Oleq Babayev 2010-cu ilin noyabrından Kremençuk şəhərinin meri vəzifəsini icra edib. O, 2007 noyabr – 2010 noyabr tarixlərində Ukrayna Ali Radasının depuatı olub. Babayev “Vorskla” futbol klubunun prezidenti, “Kremen” futbol klubunun isə fəxri prezidenti olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti