Polislərə silahlı hücum: 11 ölü

Polislərə silahlı hücum: 11 ölü
  17 Fevral 2015    Oxunub:2189
Əfqanıstanın Lahor vilayətində polis bölməsində terror aktı törədilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Terrorçunun özünü partlatması nəticəsində 11 hüquq-mühafizə orqanı əməkdaşının öldüyü vurğulanır. Hücum nəticəsində eyni zamanda 8 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti