Terrorçulara ağır zərbə: 86 ölü

Terrorçulara ağır zərbə: 86 ölü
  17 Fevral 2015    Oxunub:1574
Kamerun hərbçiləri ölkənin şimalında terrorçu “Boko Haram” təşkilatının 86 üzvünü məhv edib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Kamerun Müdafiə Nazirliyinin rəsmisi Didye Badjeka döyüşlər zamanı 5 ölkə hərbçinin həlak olduğunu bildirib.
Döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib.

Qeyd edək ki, fevralın 3-ü Çad ordusu və zirehli texnikası terrorçularla mübarizə üçün Nigeriya ərazisinə daxil olub. Buna qədər isə Nigeriya rəhbərliyi ölkənin şimal-şərqində beş şəhər üzərində nəzarəti qaytarıb.

Yanvarın 17-i Çad ordusu “Boko Haram”la mübarizə çərçivəsində həmçinin Kamerun ərazisinə də daxil olub. Yanvarın 31-nə olan son məlumata görə, anti-terror əməliyyatları çərçivəsində Kamerun ərazisində 123 terrorçu məhv edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti