Putindən Merkel və Poroşenkoya təcili zəng

Putindən Merkel və Poroşenkoya təcili zəng
  17 Fevral 2015    Oxunub:2626
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko ilə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Hökumət rəhbərləri telefon danışığı zamanı Donbas regionunda atəşkəs rejimini, münaqişə iştirakçılarının ağır texnikanı geri çəkməsi, həmçinin Debaltsevo şəhərindəki hazırkı vəziyyəti müzakirə edib.

Tərəflər Minsk razılaşmalarının şərtlərinin təmin olunması üçün əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti