Nazir Putini əsəbi smaylikə bənzətdi - Qeyri-adi müsahibə

Nazir Putini əsəbi smaylikə bənzətdi - Qeyri-adi müsahibə
  17 Fevral 2015    Oxunub:2391
Avstraliya xarici işlər naziri Culi Bişop “BuzzFeed” nəşrinə smayliklər vasitəsilə müsahibə verib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Bişop bütün sualları “Emoji” piktoqramı vasitəsilə cavablandırıb.

Avstraliya XİN rəhbəri Rusiya prezidenti Vladimir Putini əsəbi smaylik kimi xarakterizə edib. O, Avstraliya baş naziri Toni Ebbotu qaçan insan smaylikinə bənzədib.

Xanım nazir Avstraliya və ABŞ əlaqələrini isə əla olaraq xarakterizə edib.

Culi Bişop sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir. Bu yaxınlarda Bişop “Twitter” vasitəsilə öz sırğasını axtarırdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti