Ermənilər boşanır - STATİSTİKA

Ermənilər boşanır - STATİSTİKA
  17 Fevral 2015    Oxunub:5293
Ermənistanda boşanmaların sayı kəskin şəkildə artır. 2012-ci illə müqayisədə ötən il bu artım 30 faiz təşkil edib.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın ədliyyə naziri Ovenis Manukyan bildirib.

Manukyanın sözlərinə görə, son illər bütün dünyada ailə institutunun zəifləməsi halları müşahidə olunur.

Nazir vurğulayıb ki, hər bir ölkə bu problemi müxtəlif formalarda həll etməyə çalışır. Məsələn Almaniyada boşanma baha başa gəlir və ona görə də bu ölkədə boşanma göstəriciləri aşağıdır.

Ermənistanda daxil olmaqla digər ölkələrdə isə cütlüklərə bu addımı atmazdan əvvəl düşünmək üçün vaxt verilir. Boşananların böyük əksəriyyəti – 30 %-i 20 ildən çox birlikdə yaşayan cütlüklərdir. Belə ki, 1900-cü ildə qurulan hər min ailədən 154-ü boşanma ilə başa çatırdısa, 2014-cü ilin ilk yarım ilinə görə isə qurulan hər min ailədən 258-i dağılır

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti