Mehriban Əliyeva Misir mətbuatında

Mehriban Əliyeva Misir mətbuatında
  17 Fevral 2015    Oxunub:1346
Misirin elektron qəzeti “Shbabalnil” Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunması barədə məlumat yayıb.

Məlumatda Pakistan Prezidenti Məmnun Hüseynin fevralın 11-də bu barədə Sərəncam imzaladığı diqqətə çatdırılır.

Qeyd edilir ki, “Hilal-e Pakistan” Pakistanın ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ordenlə təltif olunan ilk birinci xanımdır.


Teqlər:





Xəbər lenti