Putinin Bakıdakı səfiri: “Rusiya hər şeyə qadir deyil”

Putinin Bakıdakı səfiri: “Rusiya hər şeyə qadir deyil”
  17 Fevral 2015    Oxunub:2292
Rusiyanın Azərbaycandakı səfiri: Biz bir-birimizə etibar edirik
Ukraynada hal-hazırda baş verənlər bir daha Rusiya üçün ən yaxın ətraf, yəni MDB kimi mühüm olan heç nəyin olmadığının əyani sübutudur. Biz bu barədə artıq 1991-ci ildə, SSRİ-nin süqutundan sonra danışmağa başladıq. Amma sözdən işə keçmək üçün çox uzun bir yol keçməli olduq. Bu yolu bizim əməkdaşlarımız da keçməli oldular. Ümid etmək istərdik ki, bizim üçün sözün əsl mənasında həqiqət anı yetişib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsi zamanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Səfirin sözlərinə görə, bu planda Rusiya və Azərbaycanın müstəqil dövlət kimi münasibətləri maraqlı və təqdirəlayiq nümunədir.

“Münasibətlər mürəkkəb idi. Hakimiyyətə gələn “Xalq cəbhəsi” Rusiya və rus dili barədə yalnız neqativ çalarlarla danışırdılar. Rusiyanın da reaksiyası müvafiq olub. 2001-ci ildə hakimiyyətdə olan Heydər Əliyev və Vladimir Putin yeni münasibət prinsipləri hazırladılar. Bu, hər şeydən öncə bir-birinin müstəqilliyinə və suverenliyinə hörmət, bir-birinin işinə müdaxilə etməmək, təqdirəlayiq və qarşılıqlı münasibət tarazlığı əsasında əməkdaşlığın yaradılması idi. Bu prinsiplər zamanın sınağından çıxıb və bu gün də Rusiya və Azərbaycanın xeyrinə işləyir. Bu da sizə MDB məkanında diplomatik işin təcrübəsi”, - səfir deyib.

Səfir qeyd edib ki, Rusiya-Azərbaycan əlaqələrində hər şey sakit və stabildir:

“Rusiya Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını yaxşı dərk edir və Bakıya tam anlayışla yanaşır. Bakıda artıq 6 ildir ki, səfir kimi fəaliyyət göstərən biri kimi hiss edirəm ki, Azərbaycanda da Rusiyaya qarşı eyni münasibətdir. Düşünürəm ki, bu bizim ölkəmiz üçün müsbət haldır”.

Ukraynadakı vəziyyətin Azərbaycan-Rusiya münasibətlərinə təsiri barədə danışdıqda, səfir qeyd edib ki, Azərbaycan müstəqil və azad bir dövlət kimi, bütün məsələlərə, o cümlədən Ukrayna məsələsinə dair öz nəzər nöqtəsi var”.

“Əksər hallarda bizim qiymətləndirmələrimiz üst-üstə düşür. Bəzi hallarda isə təzad təşkil edir. Amma mən artıq prinsiplərdən danışdım. Biz fikirlərimiz üst-üstə düşəndə birgə işləməyi öyrənmişik. Və təzadlı məsələlərdə münaqişəyə getmirik. Bu, Ukrayanaya da aiddir”.

Səfir Doroxin Rusiyaya qarşı sanksiyaların iki ölkə arasında münasibətlərə təsiri barəsində də danışdı:

“Birincisi: Azərbaycan sanksiyaları qınayıb və Rusiya bunu qiymətləndirir.

İkincisi: Biz ani hallardan yaranmış konyukturaya deyil, uzunmüddətli strateji maraqlara istiqamətlənmişik. Azərbaycan keçən il Rusiyaya ərzaq mallarının çatdırılmasının həcmini təxminən 20% artırıb və bununla da sanksiyalar ucbatından yaranan kənd təsərrüfatı mallarının çatışmazlığının aradan qaldırılmasına vasitəçi olub. Biz heç bir sanksiyalara baxmayaraq, bir-birimizə etibar edirik. Əsas budur”.

Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində Rusiyaya olan böyük ümidlərindən danışarkən səfir bunları deyib:

“Rusiyaya böyük ümidlər bəsləndiyi doğrudur. Mən bunu hiss edirəm. Düşünürəm ki, bu ümidlər əsassız deyil: Rusiya bu münaqişənin yarandığı dövlətin tərkib hissəsi olub, münaqişə tərəflərinin onun qədər yaxın olduqları digər dövlət yoxdur.

Amma Rusiya hər şeyə qadir deyil. Rusiyanın kimə isə təzyiq göstərməsi, əmr etməsi və münaqişəni həll etməsi mümkün deyil. Hər şey daha mürəkkəbdir. Qərara münaqişə tərəfləri arasında nail olunmalıdır. Yalnız o zaman qarşılıqlı məqbul ola biləcək.

Biz yalnız belə yardım edə bilərik, biz yardım etmək istəyirik və buna səy göstəririk. Rusiya bu münaqişənin ədalətli şəkildə həll edilməsi üçün əlindən gələn hər şeyi edəcək”.


Teqlər:  





Xəbər lenti