Ermənistanı etirazlar bürüdü

Ermənistanı etirazlar bürüdü
  16 Fevral 2015    Oxunub:2043
Ermənistanı yenidən etiraz dalğası bürüyüb.
İrəvanda eyni vaxtda iki etiraz aksiyası keçirilib. İrəvan meriyasının qarşısına toplaşan nümayişçilər maaşlarının verilməsi tələbi ilə çıxış ediblər.

Etiraz aksiyası keçirənlərdən biri "Təmizlik Mərkəzi" QSC-nin əməkdaşları olub. QSC-nin dekabrda ləğv edilməsi nəticəsində 315 əməkdaş işsiz qalıb. Onlar iş tələb ediblər.

Bundan başqa "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar da maaşlarının ödənilməsini tələb ediblər.

Zavodun 1700 işçisi fevralın 6-da işdən azad edilib. Ümumilikdə zavodda 478 işçi qalıb. (Ans)


Teqlər:  





Xəbər lenti