Sarkisyan “soyqırım” öncəsi Türkiyə ilə protokolları ləğv edir

Sarkisyan “soyqırım” öncəsi Türkiyə ilə protokolları ləğv edir
  16 Fevral 2015    Oxunub:2584
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının geri çağırılması barədə parlament sədri Qalust Saakyana məktub göndərib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Cənab Saakyan,

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə başlayanda biz hadisələrin bütün mümkün variantlarını düşünmüşdük. Biz protokolların ratifikasiyası yolu ilə münasibətlərin normallaşdırılmasına hazır idik. Lakin Avropada sonuncu bağlı sərhədlərin açılması şansı əldən verilib”

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti