Qadınların ən çox zorlandığı ölkələr - SİYAHI

Qadınların ən çox zorlandığı ölkələr - SİYAHI
  16 Fevral 2015    Oxunub:12563
Türkiyədə 20 yaşlı Özgecan Aslan adlı tələbənin dəhşətli qətlindən sonra qadınlara qarşı zorakılıq məsələsi həm türk, həm də Azərbaycan mətbuatının gündəmini zəbt edib.
Sosial şəbəkələrdə “#səndə anlat” adlı həştəq yaradılaraq, qadınların həyatları boyunca özlərinə qarşı təcavüz və qısnama halları paylaşılır.

Bəs, dünyada ən çox hansı ölkələrdə qadınlar zorakılıqla qarşı-qarşıyadır?

“Woman Stats Project” qadın təşkilatının məlumatına görə, qadınlara təcavüz edilən ölkələr iki qrupa bölünür.

Bu ölkələrin sırasında yəni birinci qrupda hər 100 qadından 60-ı təcavüzə məruz qalır: Əfqanıstan, Hindistan, Pakistan, Səudiyə Ərəbistan, Yəmən, İraq, Suriya, İordaniya, Sudan və digər Afrika ölkələri.

Qadınlara təcavüz edilən ölkələr arasında Çin, Vyetnam, Laos, Tayvan, Cənubi Koreya, Tayland kimi ölkələr də var.

Eyni zamanda Amerika Birləşmiş Ştatları da qadınlara ən çox təcavüz edilən ölkələr arasındadır.

Təşkilat eyni zamanda qeyd edib ki, yuxarıda adları çəkilən ölkələrin hər birində edam cəzası var və bu cəzanın olması təcavüzün qarşısını ala bilmir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti