Məmmədyarov bu həftə Gürcüstana gedir

Onun sözlərinə görə, E.Məmmədyarovun səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətləri, xüsusən enerji və nəqliyyat sahələrində intensiv inkişaf edən əlaqələr baxımından bu səfər mühüm əhəmiyyət daşıyır.
Məmmədyarov eyni zamanda gürcü həmkarı ilə təkbətək görüşəcək. Daha sonra isə Gürcüstan prezidenti və baş naziri, eləcə d parlament sədri ilə Elmar Məmmədyarovun görüşü nəzərdə tutulub.
Görüşdə siyasət, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Sevinc