Futbolçular Ronaldoya görə cəzalanacaq

Futbolçular Ronaldoya görə cəzalanacaq
  11 Fevral 2015    Oxunub:1418
Madridin “Real” futbol klubu İspaniya çempionatı çərçivəsində “Atletiko” ilə görüşdə 0:4 hesabı ilə məğlub olandan dərhal sonra “Real”ın yarımmüdafiəçiləri Sami Xedira və Xames Rodriqes komandanın hücumçusu Kriştianu Roldunun 30 yaşı şərəfinə təşkil olunmuş məclisdə iştirak ediblər. Buna görə onların cərimə olunacağı gözlənilir.
AzVision.az xəbər verir ki, hər iki yarımmüdafiəçi davranış kodeksini pozduqlarına görə Madrid futbol klubunun rəhbərliyi onların cərimə edilməsi məsələsini nəzərdən keçirir.

Qeyd edilir ki, xorvatiyalı yarımmüdafiəçi Luka Modriç də həmin məclisdə iştirak edib. Əvvəlcə onun da cəzalanacağı gözlənilirdi, lakin Modriç sonradan üzr istəyib və onun barəsində iddialar ləğv edilib.

Xatırladaq ki, Xedira, Rodriqes və Modriç bu yaxınlarda zədə alıblar və hazırda bərpa kursu keçirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti