Pişik öldürdü, iki il həbs olundu – ŞOK Qərar
ABŞ vətəndaşı ev heyvanlarına qəddar rəftar etdiyinə görə azadlıqdan məhrum edilib. Müstəntiqin sözlərinə görə, qatil öz addımını pişiklərdən birinin onu dişləməsi ilə izah edib.
ABŞ polisi bu iş üzrə 2013-cü ildən araşdırmağa başlayıb. Polislərin diqqətini 24 yaşlı kişinin öz yoldaşı ilə birgə heyvanlar üçün sığınacağa iki pişik cəsədi gətirərək dəyən zərərə görə kompensasiya tələb etməsi olub.
Araşdırmalar sonda cütlüyün baytarlıq klinikasına daha üç pişik cəsədi də gətirdiyi məlum olub.
Eldar Tanrıverdiyev