Sürücü yol polisinin qarşısında oynadı - Video
Bu dəfə maşının qabaq şüşələrində plyonka olduğu üçün saxlanıldıqlarını deyən sürücünün sözlərindən aydın oldu ki, Rusiya polislərinə 200 rubl (3 manat) “hörmət edən” kimi onu buraxıblar və cərimə yazılmayıb:
“200 rubl verdik, dedilər, “yaxşı yol”. Qabaq şüşədəki plyonkaları da sökdük. Arxalar qaldı. İndi burada Azərbaycanın yol polisləri saxlayıb, amma bizə hörmət etmirlər. Heyf deyil, rus polisləri. O dəqiqə adamı başa düşürlər. Amma bizimkilər saxlayan kimi 150 manat cərimə yazırlar”.
Yol polislərinin iştirakı ilə avtomobilin plyonkaları söküldükdən sonra sürücü barəsində inzibati protokol tərtib olunub. Lakin sürücü yenə də bununla razılaşmayıb. O bildirib ki, Azərbaycana yenicə gəlib. Rusiyada arxa qapı şüşələrində pərdə vurmağa icazə verildiyi üçün maşını Azərbaycana bu vəziyyətdə gətirib. Lakin sərhəd-buraxılış məntəqəsində onlara hər hansı xəbərdarlıq olunmayıb. O isə plyonkanı evə çatdıqdan sonra sökməyi nəzərdə tutubmuş. Sürücünün daha bir iradı bu olub ki, plastik kart vasitəsilə ödəniş etmək istəsə də, yol polisi buna şərait yaratmır.